Logo
    main-post-cover

    Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu qlobal bazarda da satılacaq

    Cihazlar+
    05.06.2024
    Emil
         Biz dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti bu il ərzində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etməlidir. Sözügedən smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir. Ortaya çıxmış yeni məlumata əsasən Xiaomi Mix Flip smartfonu Çin bazarından kənarda da satılacaq. Xiaomi-nin indiyənə təqdim etmiş olduğu qatlana bilən smartfonların hamısı eksklüziv olaraq yalnız Çində satılıb. Söhbət, Xiaomi Mix Fold smartfon seriyasından gedir. Lakin görünür, Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu üçün istisna hal olacaq.
         Məsələ burasındadır ki, Xiaomi Mix Flip-in sahib olduğu 2405CPX3DG model nömrəsi sertifikatlaşdırma agentliklərindən birinin məlumatlar bazasında aşkar edilib. Model nömrəsinin sonunda olan G hərfi isə Global sözünə işarə edir. Bu isə smartfonun həm Çində həm də qloabl bazarda satılacağı deməkdir. Xiaomi Mix Flip-in yaxın zamanda Çində təqdim olunacağı gözlənilir. Çox güman ki, smartfon qlobal bazarda Çindəki təqdimatdan bir qədər sonra təqdim olunacaq. Gözləntilərə əsasən Xiaomi Mix Flip smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq, özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək və 4000-4500 mAh enerji tutumlu batareyanı əldə edəcək.
     
    Paylaş