Logo
    main-post-cover

    Xiaomi-nin növbəti 7 smartfonunun rəsmi dəstəyi dayandırılıb

    Cihazlar+
    16.05.2025
    Emil
         Xiaomi şirkəti özünün EoS (End of Support) siyahısına növbəti 7 smartfonunu daxil edib. Qeyd etmək lazımdır ki, bu siyahıya rəsmi dəstəkləri bitmiş cihazlar daxil edilir. Xiaomi-nin EoS siyahısına daxil etdiyi növbəti 7 smartfon şirkətin REDMI POCO brendlərinin məhsullarını əhatə edir. EoS siyahısına daxil edilən cihazlar artıq nə Android nə də təhlükəsizlik yenilənmələrini əldə etmirlər. Bu üsul ilə şirkət onların proqram təminatı dəstəklərini yekunlaşdırır. Beləliklə Xiaomi-nin EoS siyahısına daxil edilmiş növbəti smartfonlar aşağıdakılardır:
    - Redmi Note 11T Pro
    - Redmi Note 11T Pro+
    - Redmi K50i
    - POCO X4 GT
    - POCO C40
    - Redmi K40S
    - POCO F4.
    Paylaş