main-post-cover

    Xiaomi-nin növbəti flaqman smartfonu Xiaomi 13 əvəzinə digər adı əldə edə bilər

    Cihazlar+
    18.11.2022
    Farid Pardashunas
        Snapdragon 8 Gen 2 prosessorunun təqdimatından sonra Xiaomi şirkəti elan etdi ki, onun təqdimata hazırlaşan yeni smartfonu sözügedən prosessoru əldə edəcək ilk smartfonlardan biri olacaq. Şirkətin Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaq ilk smartfon modelinin Xiaomi 13 olacağı güman edilirdi. İndi isə Çinin Weibo sosial şəbəkəsində şirkətin təqdimata hazırlaşan yeni smartfon modelinin qutusunun fotosu ortaya çıxıb. Lakin fotonun maraqlı tərəfi smartfonun adı ilə bağlıdır.
        Belə ki, Xiaomi-nin növbəti flaqman smartfon modelinin adında 13 ədədi olmaya bilər. Weibo sosial şəbəkəsində ortaya çıxmış fotoda əks olunmuş smartfon qutusunun üzərində 14 ədədi var. Görünür, Xiaomi şirkəti yeni smartfonunu Xiaomi 13 deyil, məhz Xiaomi 14 adlandıracaq. Bəzi məlumatlara əsasən bunun əsas səbəbi həmçinin təqdimata hazırlaşan yeni MIUI 14 istifadəçi interfeysi ilə bağlıdır. Belə ki, bu halda smartfonun adı ilə yeni istifadəçi interfeysinin adı uyğunlaşır. Bəzi jurnalistlərin verdikləri məlumata əsasən Apple sentyabr ayında iPhone 14-ü təqdim etdiyi üçün Xiaomi ondan geriə qalmaq istəmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər