Xiaomi-nin Poco brendi öz yeni smartfon modelinin təqdimatını anons edib
Cihazlar+
02.10.2020
Farid Pardashunas
Xiaomi-nin Poco brendi yeni smartfon modellərini təqdim etməyə davam edir. Brendin növbəti smartfon modeli Poco C3 olacaq. Bu barədə Gagadget saytı xəbər verib. Poco brendinin öz rəsmi Twitter hesabında təqdim etdiyi paylaşımda smartfonun adı və onun təqdimat tarixi əks olunub. Yeni smartfonun təqdimatı 6 oktyabr tarixində baş tutacaq.
Bununla yanaşı brendin təqdim etdiyi paylaşımda olan məlumata əsasən Poco C3-ün arxa panelində kamera sensorları kvadrat hissənin daxilində yerləşdiriləcəklər. Çox güman ki, smartfon üçlü arxa kamera ilə təchiz olunacaq. Son məlumat sızıntılarına əsasən Poco C3 modeli Redmi C9-un oxşarı olacaq. Əgər bu məlumat öz təsdiqini tapsa deməli Poco C3 smartfonu 6.53 düym ekran, MediaTek Helio G35 prosessoru, 5 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ