Xiaomi-nin Poco brendi Poco F2 (Pocophone F2) smartfonuna işarə edib

Xiaomi-nin Poco brendi Poco F2 (Pocophone F2) smartfonuna işarə edib

Mobil Cihazlar
04.01.2021 PAYLAŞIM

    Xiaomi şirkətinin Poco brendi Yeni il ərəfəsində sosial şəbəkələrdə video təqdim etmişdi. Həmin videoda isə Poco F2 smartfonuna işarə edilib. Bu barədə Gagadget saytı xəbər verib. Poco brendinin təqdim etmiş olduğu videoda onun 2020-ci il ərzində əldə etdiyi nailiyyətlər əks olunub. 1 milyon ədəd satılmış smartfon, Hindistanın smartfon bazarında 4-cü online brend və s. Lakin videonun ən maraqlı hissəsi bundan ibarət deyil. Belə ki, videonun qısa hissəsində F2 yazısı əks olunub. Görünür, bu, Poco F1-in (Pocophone F1) davamçısının təqdim olunacağına işarədir.


    Qeyd etmək lazımdır ki, Poco brendinin ilk smartfon modeli olan Poco F1 vaxtı ikən flaqman prosessor və aşağı qiymət göstəricisi sayəsində alıcılar arasında böyük rəğbət qazanmışdı. Ondan sonra Poco brendi bir çox smartfon modellərini satışa çıxartsa da, onların hamısı Xiaomi və Redmi smartfonlarının kopyaları idilər. Lakin görünür, Poco F2-dən birinci smartfon səviyyəsini gözləmək lazım deyil. Belə ki, bir sıra məlumatlara əsasən Poco F2 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, Snapdragon 732G prosessoru, 4250 mAh enerji tutumlu batareya və qlobal bazarda NFC modul ilə təchiz olunacaq. Bütün bunlar hələki sadəcə olaraq ortalıqda gəzən məlumatlardır. Poco brendinin özündən olacaq rəsmi məlumatı gözləməkdə fayda var.



DAHA ÇOX


OPPO Find N3 Flip-in qlobal versiyasının ilk tizer fotosu təqdim edilib

OPPO şirkəti özünün qatlana bilən qapaqlı smartfonu OPPO Find N3 Flip-in qlobal versiyasının təqdima..


AnTuTu sentyabr ayı üzrə ən güclü Android flaqman smartfonların reytinqini təqdi..

AnTuTu bençmarkı sentyabr ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. ..


Google yeni qatlana bilən smartfonu üzərində çalışır

Google şirkəti iyun ayında öz ilk qatlana bilən smartfonu Pixel Fold-u təqdim etmişdi.


Xiaomi 14 Pro-nun ekranı barəsində ətraflı məlumatlar verilib

Xiaomi 14 Pro flaqman smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. ..


Qatlana bilən OnePlus Open video vasitəsilə sərgilənib (VİDEO)

OnePlus şirkəti öz ilk qatlana bilən smartfonu OnePlus Open barəsində materialları təqdim etməyə baş..


OPPO Find N3 Flip-in qlobal versiyasının təqdimat müddəti məlum olub

OPPO şirkəti avqust ayının sonunda qatlana bilən qapaqlı OPPO Find N3 Flip smartfonunu təqdim etdi...

×