Logo
    main-post-cover

    Xiaomi-nin prototip mərhələsində qalmış qatlana bilən smartfonunun fotoları təqdim edilib

    Cihazlar+
    18.11.2022
    Emil
        İnsayderlərdən biri öz Twitter hesabında Xiaomi şirkətinin bir vaxtlar üzərində çalışmış olduğu qatlana bilən smartfon prototipini əks etdirən fotoları paylaşıb. Mi Mix FoldMix Fold 2-dən fərqli olaraq fotolardakı prototip bir qədər fərqli dizayna sahibdir. Belə ki, fotolardakı qatlana bilən smartfon prototipi xarici görünüşcə Huawei şirkətinin qatlana bilən Mate X smartfon seriyasını xatırladır. Smartfon prototipi Mate X seriyasında olduğu kimi arxa kameralar üçün nəzərdə tutulmuş ayrıca panelə və qatlanma üsuluna sahibdir.
        Fotolardan da görmək olar ki, smartfonun əsas ekranı daxili istiqamətə deyil, xarici istiqamətə qatlanır. Bununla yanaşı görmək olar ki, smartfon özündə minimum 4 ədəd kamera obyektivini birləşdirir. Fotolarda əks olunmuş prototipin arxa qapağının olmaması smartfonun daxilinə nəzər yetirmək imkanını verir. Bu fotoları təqdim etmiş insayder qeyd edib ki, sözügedən prototip 2018-cu ilin Snapdragon 855 prosessoru və X50 5G modemi ilə təchiz olunub. Nəticədə bu smartfonun məhz prototip mərhələsində qalmasının səbəbi bilinmir. Ola bilsin ki, Xiaomi smartfonun konstruksiyasında müəyyən problemlərlə qarşılaşıb.
    Paylaş
    Bənzər xəbərlər