Logo
    main-post-cover

    Xiaomi-nin yeni flaqman smartfon seriyası Xiaomi 17 adlanacaq

    Cihazlar+
    15.09.2025
    Emil
         Xiaomi bu ayın sonuna kimi öz yeni flaqman smartfon seriyasını təqdim etməlidir. Daha öncə düşünülürdü ki, şirkətin yeni flaqman smartfon seriyası Xiaomi 16 olacaq. Belə ki, şirkət keçən il Xiaomi 15 seriyasını təqdim etmişdi. Lakin əslində bu vəziyyət bir qədər fərqli olacaq. Belə ki, şirkət rəsmi şəkildə anons edib ki, onun növbəti flaqman smartfon seriyası Xiaomi 17 adlanacaq. Bu seriyaya 3 model daxil olacaq. Xiaomi 17, Xiaomi 17 ProXiaomi 17 Pro Max. Şirkətin CEO-su Lu Weibing bu anonsu edərək bunları deyib: “5 il əvvəl biz əsas rəqibimiz və onun iPhone modelinin təcrübəsindən faydalanaraq premium strategiyamızı həyata keçirməyə başladıq. Apple bu günə qədər üstünlüyünü nümayiş etdirməkdə davam edir, lakin biz özümüzə inamımızı qoruyuruq, buna görə də eyni nəsil və eyni səviyyədə olan iPhone ilə birbaşa rəqabət aparırıq”.
    Paylaş