
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları məşhur insayder tərəfindən açıqlanıb
Cihazlar+
08.05.2024
Farid
Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti bu il öz yeni qatlana bilən smartfonlarını təqdim edəcək. Şirkətin bu il yeni qatlana bilən smartfonları qismində Mix Fold 4 və Mix Flip çıxış etməlidirlər. Bununla belə Mix Flip modeli şirkət üçün tamamilə yeni olan form-faktora sahib olacaq. Söhbət, qatlana bilən qapaqlı smartfon dizaynından gedir. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Xiaomi-nin bu yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları barəsində məlumat verib.
Onun sözlərinə əsasən bu smartfonları yaxın aylar ərzində gözləmək lazım deyil. İnsayder bildirib ki, Xiaomi Mix Fold 4 və Mix Flip smartfonları çox güman ki, bu ilin dördüncü rübündə təqdim olunacaqlar. Çox güman ki, bu yeni qatlana bilən smartfonlar Qualcomm-un flaqman prosessoru vasitəsilə çalışacaqlar. Bununla yanaşı hər iki smartfonun əsas arxa kamerasının 50 MP, digər kameralarından birinin isə 12 MP olacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
