Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Mobil Cihazlar
10.05.2021 PAYLAŞIM

    Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmasına baxmayaraq internetdə artıq şirkətin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Digital Chat Station ləqəbli məşhur çinli insayder Xiaomi-nin yeni qatlana bilən smartfonunun sahib olacağı bəzi özəlliklər barəsində məlumat verib. Beləliklə insayderin verdiyi məlumata əsasən şirkətin yeni qatlana bilən smartfonu J18s kod adına sahibdir. Məlumatda qeyd edilib ki, smartfonun həm daxili həm də xarici ekranı 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Mi Mix Fold-un yalnız xarici ekranı 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Onun daxili ekranı isə 60 Hz-lik təsvir yenilənməsinə sahibdir.

    Xiaomi-nin yeni qatlana bilən smartfonunun əsas özəlliyi isə ekranın alt hissəsinə inteqrasiya olunacaq ön kamera olmalıdır. Həmin kameranın hansı ekranın alt hissəsinə quraşdırılacağı barəsində məlumat verilməyib. Mi Mix Fold ümumiyyətlə ön kameraya sahib deyil. İnsayder bildirib ki, yeni smartfon üçlü arxa kameranı əldə edəcək və onlardan ən əsası 108 MP-lik olacaq. Bununla yanaşı smartfon ultragenişbucaqlı kamera sensoruna və 3 qat optik zoom ilə maye linzalı teleobyektivə sahib olmalıdır. Xiaomi-nin yeni qatlana bilən smartfon modelinin nə zaman təqdim olunacağı bilinmir. Şirkət onu ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim edə bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei bu il Mate 50 smartfon seriyasını təqdim etməyə bilər

Çindən olan kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Huawei şirkəti bu il Mate 4..


Yeni Honor 50 smartfonları təqdim olunub - QİYMƏTİ

Keçən il Huawei-dən ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor özünün yeni Honor 50 smartfon seriyas..


OnePlus Nord N200 smartfonu təqdim olunub - QİYMƏTİ

Öncədən heç bir elan etmədən OnePlus şirkəti OnePlus Nord N200 adlı yeni smartfonunu təqdim edib. ..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur çinli insayder Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində..


Yeni OnePlus Nord CE smartfonu təqdim olunub - QİYMƏTİ

OnePlus şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində OnePlus Nord CE smartfonunu təqdim edib...


Samsung yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib - QİYM..

Samsung şirkəti yeni orta büdcəli Galaxy A22 və A22 5G smartfonlarını təqdim edib.

×