main-post-cover

    Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar verilib

    Cihazlar+
    15.06.2021
    Farid Pardashunas
        Digital Chat Station ləqəbli məşhur çinli insayder Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində hesabat təqdim edib. Həmin hesabatda insayder smartfonun nə zaman təqdim olunacağını və hansı texniki özəlliklərə sahib olacağını açıqlayıb. Beləliklə insayderin təqdim etmiş olduğu məlumata əsasən Xiaomi-nin hələ anons olunmamış yeni qatlana bilən smartfonu Mi Mix Fold-dan təkmilləşdirilmiş şarnir konstruksiysı ilə fərqlənəcək. Belə ki, yeni qatlana bilən smartfon üçün şarnir konstruksiyası tamamilə yeni texnologiya vasitəsilə hazırlanacaq.
        Smartfonun xarici ekranı 90 Hz-lik, daxili ekranı isə 120 Hz-lik təsvir yenilənməsni dəstəkləyəcək. Bundan əlavə olaraq smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. İnsayder bildirib ki, yenilənmiş Mi Mix Fold smartfonu Snapdragon 888 prosessoruna sahib olacaq. Yeni qatlana bilən smartfon həmçinin özündə üçlü əsas kameranı birləşdirəcək. Onlardan ən əsası 108 MP-lik olacaq. Kameralar arasında 3 qat optik zoom-a sahib maye linzalı obyektiv də daxil olacaq. Xiaomi-nin yeni qatlana bilən smartfon modelinin bu ilin üçüncü rübündə təqdim olunacağı gözlənilir. Lakin onun təqribi satış qiyməti barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər