main-post-cover

    Xiaomi öz yeni flaqman smartfonlarında Samsung istehsalı ekranlardan imtina edəcək

    Cihazlar+
    24.05.2023
    Emil Nəcəfov
        Çindən olan smartfon istehsalçıları Samsung-un istehsal etdiyi ekranlardan kütləvi şəkildə imtina edirlər. Samsung ekranları əvəzinə onlar BOE, Tianma TCL CSOT kimi şirkətlərin daha ucuz qiymətə başa gələn ekranlarına üstünlük verirlər. Keçən ay təqdim edilmiş Xiaomi 13 Ultra-nın TCL C7 ekran ilə təchiz olunması Xiaomi-nin də Samsung ekranlarından imtina etməsinə işarə edən bir faktordur. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi yeni məlumata əsasən Xiaomi öz flaqman smartfonlarında TCL ekranlarından istifadə etməyə davam edəcək.
        Belə ki, şirkət TCL ekranlarından tam razı qalıb. Məlumata əsasən TCL CSOT şirkəti Xiaomi üçün artıq 1.5K keyfiyyətli C7, 1K keyfiyyətli C7 2K keyfiyyətli C7 ekranlarının istehsalı ilə məşğuldur. Gözləntilərə əsasən birinci ekranı Xiaomi 14, ikinci ekranı CIVI 4 və ya Redmi Note 13, üçüncü ekranı isə Redmi K70 smartfonu əldə edəcəklər. Lakin buna baxmayaraq Xiaomi bu ilin sonunda təqdim edəcəyi Xiaomi 14 Pro-da Samsung-un AMOLED E7 ekranından istifadə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər