
Xiaomi Pad 6S Pro planşeti barəsində əlavə rəsmi məlumatlar verilib
Cihazlar+
20.02.2024
Emil
Dünən Xiaomi şirkəti rəsmi şəkildə elan etdi ki, 22 fevral tarixində Çində Xiaomi 14 Ultra smartfonu ilə birlikdə həmçinin Xiaomi Pad 6S Pro planşeti də təqdim olunacaq. İndi isə şirkət sözügedən planşet barəsində yeni məlumatlar verib. Beləliklə şirkət tərəfindən təqdim edilmiş yeni tizer posterlərə əsasən Xiaomi Pad 6S Pro planşeti 50 MP-lik ikili arxa kameranı əldə edəcək və 120 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı planşet özündə 4 ədəd səsgücləndiricini və Wi-Fi 7 dəstəyini birləşdirəcək. Planşet Android 14 əsaslı HyperOS-i əldə edəcək.



Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
