Xiaomi Pad 6S Pro planşeti təqdim olunub - QİYMƏTİ
Cihazlar+
22.02.2024
Emil Nəcəfov
Xiaomi şirkəti Xiaomi 14 Ultra flaqman smartfonu ilə yanaşı Xiaomi Pad 6S Pro adlı yeni planşetini də təqdim edib. Xarici görünüşcə bu yeni planşet keçən ilki Xiaomi Pad 6-ya bənzəyir. Beləliklə Xiaomi Pad 6S Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 12.4 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir. Planşetin qalınlığı 6.2 mm, çəkisi isə 590 qramm-dır. Planşet Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır və özündə 8/12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirir.
Kameralar mövzusunda Xiaomi Pad 6S Pro 50 MP + 2 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə planşet 120 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyaya sahibdir. Planşet Android 14 əsaslı HyperOS vasitəsilə çalışır. Xiaomi Pad 6S Pro-nun Çində satışlarına 25 fevral tarixində start veriləcək. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir. Heç istisna deyil ki, 25 fevral tarixində start götürəcək MWC 2024 sərgisi çərçivəsində şirkət bu planşetin qlobal versiyasını təqdim etsin. Xiaomi Pad 6S Pro-nun Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.
- 8 GB RAM + 256 yaddaş - 458$
- 12 GB RAM + 256 GB yaddaş - 500$
- 12 GB RAM + 512 GB yaddaş - 556$
- 16 GB RAM + 1 TB yaddaş - 625$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi 14 Ultra təqdim edilib - QİYMƏTİ
Xiaomi 14 Ultra təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Çində Xiaomi 14 Ultra flaqman smartfonunu təqdim edib. Şirkətin bu yeni flaqman smartfonu parlaq ekranı, böyük həcmli batareyası, flaqman Snapdragon prosessoru və təkmilləşdirilmiş Leica optikaları ilə təmin olunmuş kameraları ilə seçilir.
Təqdimatdan bir gün qabaq Xiaomi 14 Ultra barəsində yeni rəsmi məlumatlar verilib
Təqdimatdan bir gün qabaq Xiaomi 14 Ultra barəsində yeni rəsmi məlumatlar verilib
Artıq sabah Çində Xiaomi 14 Ultra flaqman smartfonu təqdim ediləcək.
Xiaomi Civi 4 Geekbench testlərindən keçib
Xiaomi Civi 4 Geekbench testlərindən keçib
Xiaomi şirkətinin hazırladığı Xiaomi Civi 4 smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfonun bəzi texniki özəllikləri məlum olub.
RedmiBook Pro 14 (2024) və RedmiBook Pro 16 (2024) noutbukları təqdimata hazırlaşırlar
RedmiBook Pro 14 (2024) və RedmiBook Pro 16 (2024) noutbukları təqdimata hazırlaşırlar
Artıq məlumdur ki, 22 fevral tarixində Xiaomi şirkəti özünün Xiaomi 14 Ultra flaqman smartfonunu və Xiaomi Pad 6S Pro planşetini təqdim edəcək. Lakin təqdimat tədbirində Xiaomi-dən əlavə olaraq Redmi brendi də iştirak edəcək.
Xiaomi Pad 6S Pro planşeti barəsində əlavə rəsmi məlumatlar verilib
Xiaomi Pad 6S Pro planşeti barəsində əlavə rəsmi məlumatlar verilib
Dünən Xiaomi şirkəti rəsmi şəkildə elan etdi ki, 22 fevral tarixində Çində Xiaomi 14 Ultra smartfonu ilə birlikdə həmçinin Xiaomi Pad 6S Pro planşeti də təqdim olunacaq.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!