
Xiaomi Pad 6s Pro planşetinin fotosu ortaya çıxıb
Cihazlar+
12.02.2024
Emil
Xiaomi şirkəti yaxın zamanda Xiaomi Pad 7 planşet seriyasını təqdim etməlidir. Lakin məlum olub ki, şirkət üstəlik Xiaomi Pad 6s Pro adlı digər bir yeni planşet üzərində də çalışır. Belə ki, sözügedən planşetin render fotosu Xiaomi-nin rəsmi saytının qlobal versiyasında aşkar edilib. Məlumata əsasən Xiaomi Pad 6s Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 12.4 düym IPS ekranla təchiz olunacaq. Planşet Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək. Gözləntilərə əsasən bu planşet 50 MP + 2 MP ikili arxa kameranı, 20 MP-lik ön kameranı və 10 000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Xiaomi Pad 6s Pro-nun yaxın zamanda təqdim olunacağı güman edilir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Xiaomi Civi 4-ün nə zaman satışa çıxacağı açıqlanıb
Xiaomi şirkətinin hazırladığı yeni smartfonlardan biri də Xiaomi Civi 4-dür.

Cihazlar+
Bu ayın sonunda təqdimatı gözlənilən Xiaomi 14 Ultra-nın texniki imkanları açıqlanıb
Xiaomi artıq rəsmi şəkildə elan edib ki, o, Xiaomi 14 smartfon seriyasının qlobal versiyasını 25 fevral tarixində təqdim edəcək.

Cihazlar+
Büdcəli Redmi A3-ün təqdimatı rəsmi şəkildə anons olunub
Xiaomi-nin Redmi brendi büdcəli Redmi A3-ün təqdimatını rəsmi şəkildə anons edib.

Cihazlar+
Redmi G Pro adlı gaming monitor təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi öz yeni gaming monitorunu təqdim edib. Redmi-nin yeni gaming monitoru Redmi G Pro adlanır.

Cihazlar+
Büdcəli Redmi A3-ün növbəti render fotosu və satış qiymətləri təqdim edilib
91mobiles saytı təqdimata hazırlaşan büdcəli Redmi A3 smartfonunun növbəti render fotosunu təqdim edib və onun satış qiymətini açıqlayıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
