
Xiaomi Pad 6S Pro planşetinin təqdimatı elan edilib
Cihazlar+
19.02.2024
Emil
Xiaomi şirkəti artıq rəsmi şəkildə elan edib ki, o, 22 fevral tarixində Çində Xiaomi 14 Ultra flaqman smartfonunu təqdim edəcək. Lakin həmin tarixdə şirkət təkcə Xiaomi 14 Ultra-nı təqdim etməyəcək. Belə ki, şirkət həmçinin Xiaomi Pad 6S Pro planşetini də təqdim edəcək. Xiaomi hətta sözügedən planşetin rəsmi tizer posterlərini də təqdim edib. Rəsmi tizer posterlərinə əsasən Xiaomi Pad 6S Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 12.4 düym LCD ekranla təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, planşet Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB RAM ilə 1 TB-a kimi daxili yaddaş həcmini birləşdirəcək.



Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
