
Xiaomi Pad 8 Pro planşeti Geekbench testlərindən keçib
Xiaomi şirkəti yaxın zamanda Xiaomi Pad 8 planşet seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də Xiaomi Pad 8 Pro olmalıdır. İndi isə məlum olub ki, Xiaomi Pad 8 Pro planşeti Geekbench testlərindən keçib. Bunun sayəsində planşet barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən planşetin prosessoru özündə 2 ədəd 4.32 GHz tezlikli nüvəni və 6 ədəd 3.53 GHz tezlikli nüvəni birləşdirir. Bu isə məhz Snapdragon 8 Elite prosessoruna işarə edir. Geekbench testlərindən planşetin 16 GB RAM-a sahib versiyası keçib. Bundan əlavə məlum olub ki, planşet qutudan Android 16-nı əldə edəcək. Beləliklə planşet Geekbench-in birnüvəli testi çərçivəsində 2967 xal, çoxnüvəli testi çərçivəsində isə 9485 xal toplayıb. Daha öncəki məlumat sızıntılarına inansaq, Xiaomi Pad 8 Pro planşeti 11.16 düym ölçülü ekranı və 10 000 mAh enerji tutumlu batareyanı əldə edəcək.

Paylaş