
Xiaomi Pad 8 və Pad 8 Pro planşetləri təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti yeni nəsil flaqman planşet seriyasını təqdim edib. Söhbət, Xiaomi Pad 8 seriyasından gedir. Bu seriyaya iki model daxil olub: Xiaomi Pad 8 və Pad 8 Pro. Hər iki planşet həm xarici görünüşcə həm də bəzi texniki imkanlar baxımından oxşardır. Beləliklə hər iki planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib 3200x2136 piksel keyfiyyətli 11.2 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit təşkil edir. Hər iki planşet özündə 4 ədəd səsgücləndiricini birləşdirir. Xiaomi Pad 8 modeli Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib.

Xiaomi Pad 8 Pro modeli isə Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Xiaomi Pad 8 modeli özündə 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı, Xiaomi Pad 8 Pro modeli isə özündə 50 MP-lik arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareya mövzusunda hər iki planşet 9200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi Pad 8 modeli 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini, Xiaomi Pad 8 Pro modeli isə 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edib. Bu yeni planşetlər artıq Çində satışa çıxıblar. Xiaomi Pad 8-in qiyməti 308$-dan, Xiaomi Pad 8 Pro-nun qiyməti isə 392$-dan start götürür. Xiaomi Pad 8 planşetlərinin qlobal bazarda satışa çıxıb-çıxmayacaqları bilinmir.

Paylaş