Logo
    main-post-cover

    Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

    Cihazlar+
    06.06.2023
        Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal edirlər. OPPO vivo kimi brendlərin portfoliolarında artıq həm adi qatlana bilən (Galaxy Z Fold-a bənzər) həm də qatlana bilən qapaqlı (Galaxy Z Flip-ə bənzər) smartfonlar mövcuddur. Lakin ilk qatlana bilən smartfonlardan birini təqdim etmiş Xiaomi şirkətinin portfoliosunda hələ ki, Flip form-faktoruna sahib smartfon mövcud deyil.
        Qatlana bilən smartfonlar bazarındakı vəziyyət onu göstərdi ki, alıcılar daha çox məhz Flip form-faktoruna sahib smartfonlara üstünlük verirlər. Görünür, Xiaomi də artıq bu form-faktora sahib smartfonların nə dərəcədə məşhur olduqlarını inkar etmir. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Xiaomi Flip form-faktoruna sahib fərdi smartfonu üzərində işlərə artıq start verib. İnsayderin sözlərinə əsasən Xiaomi-nin qatlana bilən qapaqlı smartfonunun əsas üstünlükləri arasında maksimal dərəcədə yüngül çəki və nazik gövdə olacaq. Smartfonun 2024-cü ildən tez təqdim olunacağı gözlənilmir. Onun nəticədə Mix Flip adlanacağı istisna deyil.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır | Technote