Xiaomi qeyri-adi dizayna sahib yeni smartfon üzərində çalışır

Xiaomi qeyri-adi dizayna sahib yeni smartfon üzərində çalışır

Mobil Cihazlar
24.05.2023 PAYLAŞIM

    Son iPhone modellərində yastı kənar hissələr dizaynının geri qayıdışı eyni dizayna sahib çoxlu sayda Android smartfonun satışa çıxmasına səbəb oldu. Bununla belə Çindən olan istehsalçılar öz flaqman smartfonlarında kənar hissələri əyilmiş dizaynını reallaşdırmağa davam edirlər. Belə ki, istehsalçılar bu cür dizaynı flaqman dizayn hesab edirlər. Lakin görünür, Xiaomi ilk baxışdan birləşdirilməsi qeyri-mümkün bu iki dizayn xüsusiyyətini birləşdirmək qərarına gəlib.

    Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən şirkət kənarları əyilmiş dizaynlı ekrana və yastı kənar hissələrə sahib smartfonun hazırlanması ilə məşğuldur. Yastı ekran ilə yastı kənar hissələrə sahib subflaqman smartfonlar adi bir şey kimi göründükləri halda kənarları əyilmiş dizaynlı ekrana və yastı kənar hissələrə smartfon bir qədər qəribə səslənir. Bu cür dizayna Xiaomi 14 Pro smartfonu sahib ola bilər. Qeyd etmək lazımdır ki, Xiaomi hal hazırda aktiv şəkildə Xiaomi 14 smartfon seriyası üzərində çalışır və onun bu ilin sonunda təqdm olunacağı gözlənilir.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×