
Xiaomi Redmi A2 adlı yeni büdcəli smartfonun təqdimatına hazırlaşır
Roland Quandt adlı məşhur insayderin verdiyi məlumata əsasən Xiaomi şirkətinin Redmi brendi yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Redmi A1-in davamçısı Redmi A2-dən gedir. Məlumata əsasən sözügedən yeni büdcəli smartfon artıq bu ay ərzində Avropa bazarında satışa çıxmalıdır. İnsayder bildirib ki, Redmi A2 smartfonu plastik materialdan hazırlanmış gövdəyə sahib olacaq. Bununla yanaşı smartfon 6.52 düym ekran, MediaTek Helio G36 prosessoru, 8 MP-lik əsas arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. İnsayder həmçinin qeyd edib ki, Redmi A2 USB Type-C əvəzinə microUSB və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq. Satış qiymətinə gəldikdə isə Redmi A2 Avropa bazarında 97 avro qiymətində satışa çıxmalıdır.
Paylaş
Bənzər xəbərlər