Logo
    main-post-cover

    Xiaomi Redmi K50 Pro+ flaqman smartfonunun bəzi texniki özəlliklərini təqdim edib

    Cihazlar+
    05.01.2022
    Emil
        Xiaomi şirkəti təqdimata hazırlaşan Redmi K50 Pro+ smartfon modelinin ilk tizer posterini təqdim edib. Təqdim edilmiş posterdə isə sözügedən smartfonun sahib olacağı bəzi texniki özəlliklər barəsində məlumatlar əks olunub. Beləliklə tizer posterində olan məlumatlara əsasən Redmi K50 Pro+ smartfonu 4 nanometrlik Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq. Məlumata əsasən sözügedən prosessorun böyük yüklənmələr zamanı qızmamasını isə innovasiyalı soyutma sistemi təmin edəcək.
        Bundan əlavə olaraq Redmi brendinin yeni flaqman smartfonu 120 vatt gücündə sürətli şarj texnologiyasını əldə edəcək. Sözügedən yüksək sürətli şarj texnologiyası 4700 mAh enerji tutumlu batareyanı 100% enerji ilə 17 dəqiqəyə təmin edə biləcək. Smartfon barəsində digər məlumatlar isə təqdimat zamanı veriləcək. Qeyd etmək lazımdır ki, Redmi K50 Pro+ modelinin təqdimatı gələn ay üçün planlaşdırılır.
    Paylaş
    Bənzər xəbərlər