
Xiaomi rəsmi şəkildə Xiaomi 13 Ultra smartfonunun təqdimatını anons edib
Xiaomi şirkəti öz yeni flaqman smartfonunun yaxın zamanda baş tutacaq təqdimatını anons edib. Söhbət, Xiaomi 13 Ultra-dan gedir. Xiaomi-nin verdiyi rəsmi məlumata əsasən bu smartfon Almaniyanın kamera istehsalçısı olan Leica şirkətinin mütəxəssisləri ilə birgə əməkdaşlıq çərçivəsidnə hazırlanıb və o, istifadəçilərə üstün çəkiliş imkanları verəcək. Şirkət bildirib ki, Xiaomi 13 Ultra-da Leica-nın indiyədək istehsal etmiş olduğu ən yaxşı kamera linzası istifadə ediləcək. Söhbət Leica Summicron adlı kamera linzasından gedir. Gözləntilərə əsasən sözügedən linzanı smartfonun təkcə əsas kamera obyektivi deyil, həmçinin ultragenişbucaqlı obyektivi və teleobyektivi də əldə edəcək. Xiaomi 13 Ultra rəsmi olaraq bu ay təqdim ediləcək. Şirkət dəqiq təqdimat tarixini yaxın zamanda açıqlayacaq.
Paylaş
Bənzər xəbərlər