Logo
    main-post-cover

    Xiaomi şirkəti CIVI 3 smartfonunun testlərinə artıq start verib

    Cihazlar+
    03.05.2023
        Artıq məlumdur ki, Xiaomi şirkəti CIVI 3 smartfonu üzərində çalışır. Görünür, smartfonun təqdimatı artıq yaxın zamanda baş tutacaq. Belə ki, verilmiş məlumata əsasən şirkət sözügedən smartfonda artıq proqram təminatını test edir. Əgər hər şey plana əsasən getsə, Xiaomi CIVI 3 smartfonu bu ayın sonunda satışa çıxa bilər. Məlumata əsasən bu smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli AMOLED ekran, MediaTek Dimensity 8200 prosessoru, üçlü arxa kamera, 32 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi şirkəti CIVI 3 smartfonunun testlərinə artıq start verib | Technote