Xiaomi şirkəti Mi 10 Pro+ smartfonu üzərində çalışır: Hansı fərqli özəlliklər olacaq?

Xiaomi şirkəti Mi 10 Pro+ smartfonu üzərində çalışır: Hansı fərqli özəlliklər olacaq?

Mobil Cihazlar
16.06.2020 PAYLAŞIM

    Fevral ayında Xiaomi şirkəti Mi 10Mi 10 Pro flaqman smartfon modellərini təqdim etmişdi. İndi isə görünür, şirkət sözügedən seriyanı yeni model ilə genişləndirməyi planlaşdırır. Bu barədə Gizchina saytı xəbər verib. Məlumata əsasən yeni smartfon modeli Mi 10 Pro+ olacaq və o hətta Mi 10 Pro-nu da geridə qoyacaq. Məlumatda qeyd olunub ki, bu smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran (böyük ehtimal kənarları əyilmiş), Snapdragon 865 prosessoru və 65 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq.

    Müqayisə üçün qeyd etmək lazımdır ki, Mi 10 Pro modeli 50 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Mi 10 Pro+ modelinin əsas fərqləndirici özəlliklərindən biri də 108 MP-lik əsas kamera olacaq. Onun 12 qat optik zoomu dəstəkləyəcəyi gözlənilir (Mi 10 Pro-da 5 qat optik zoom). Qeyd etmək lazımdır ki, bu məlumatların həqiqət olub-olmadıqları bilinmir. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei yeni qatlana bilən smartfon üzərində çalışır: Yeni model Mate X-dən nə il..

Huawei şirkətinin Mate X və Mate Xs adlı qatlana bilən smartfon modelləri xarici istiqamətə qatlanma..


Poco brendi orta büdcəli M2 Pro smartfonunu təqdim etdi - QİYMƏTİ

Poco brendi M2 Pro modelini təqdim etməklə özünün smartfon seriyasını genişləndirdi.


Galaxy Note 20 Ultra-nın real fotoları sızdırılıb

Render fotoların sızıdırılmasından sonra Galaxy Note 20 Ultra smartfon modelinin real fotoları da sı..


OnePlus Nord-un təqdimat tarixi barəsində məlumat verildi: Təqdimat tam fərqli f..

İnsayderlər güman edirdilər ki, büdcəli OnePlus Nord smartfon modelinin təqdimatı 10 iyul tarixində ..


Galaxy Note 20 və Note 20 Ultra smartfonlarının qiymətləri ortaya çıxıb

Gələn ay təqdim olunması gözlənilən Galaxy Note 20 smartfon seriyasının bir neçə gün bundan öncə diz..


Huawei şirkətinin yeni ideyası smartfonları professional kameralar səviyyəsinə ç..

Son illərdə Huawei smartfonları mobil kamera reytinqlərində yüksək pillələri tuturlar. Bunun üçün şi..

×