main-post-cover

    Xiaomi şirkəti Mi 10 Pro+ smartfonu üzərində çalışır: Hansı fərqli özəlliklər olacaq?

    Cihazlar+
    16.06.2020
    Farid Pardashunas
        Fevral ayında Xiaomi şirkəti Mi 10Mi 10 Pro flaqman smartfon modellərini təqdim etmişdi. İndi isə görünür, şirkət sözügedən seriyanı yeni model ilə genişləndirməyi planlaşdırır. Bu barədə Gizchina saytı xəbər verib. Məlumata əsasən yeni smartfon modeli Mi 10 Pro+ olacaq və o hətta Mi 10 Pro-nu da geridə qoyacaq. Məlumatda qeyd olunub ki, bu smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran (böyük ehtimal kənarları əyilmiş), Snapdragon 865 prosessoru və 65 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, Mi 10 Pro modeli 50 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Mi 10 Pro+ modelinin əsas fərqləndirici özəlliklərindən biri də 108 MP-lik əsas kamera olacaq. Onun 12 qat optik zoomu dəstəkləyəcəyi gözlənilir (Mi 10 Pro-da 5 qat optik zoom). Qeyd etmək lazımdır ki, bu məlumatların həqiqət olub-olmadıqları bilinmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər