Xiaomi şirkəti Mi Mix 10 smartfonuna və MIUI 15 istifadəçi interfeysinə işarə etdi

Xiaomi şirkəti Mi Mix 10 smartfonuna və MIUI 15 istifadəçi interfeysinə işarə etdi

Mobil Cihazlar
18.06.2020 PAYLAŞIM

    Xiaomi Mi Mix seriyasının gələcəyi uzun müddət ərzində sual altında qalmışdı. Lakin bu seriyaya daxil olacaq yeni smartfonun mövcudluğunu şirkət özü təsdiqləyib. Belə ki, məlumatların konfidensiallıqları mövzusuna həsr edilmiş konfransda istifadəçilər yeni Mi Mix modelinin mövcudluğu ilə yanaşı həmçinin növbəti MIUI versiyası barəsində də işarələrə rast gəliblər. Bu barədə Gizmochina saytı xəbər verib.


    Sözügedən konfrans çərçivəsində Xiaomi şirkətinin məhsullarına həsr edilmiş stenddə şirkətin müxtəlif məhsullarının adlarının əks olunduğu banner yerləşdirilib. İstifadəçilər həmin adların arasında Xiaomi Mi Mix 10 adına rast gəliblər. Qeyd etmək lazımdır ki, sözügedən smartfon seriyasının son modeli Mi Mix 3-dür. İnsayderlərin verdikləri məlumata əsasən şirkət öz 10 illiyi münasibətilə Mi Mix 4 yerinə Mi Mix 10-u satış çıxardacaq.

    Şirkət bu cür smartfon modelini hələ anons etməsə də gözləntilərə əsasən o, 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran və Snapdragon 865 Plus prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq bannerdə əks olunmuş adlar arasında MIUI 15 istifadəçi interfeysi də əks olunub. Güman olunur ki, şirkət MIUI 13MIUI 14 yerinə birbaşa MIUI 15-i istifadəyə verəcək. Şirkətin yeni smartonunun və MIUI istifadəçi interfeysinin nə zaman təqdim olunacağı bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Büdcəli Google Pixel 4a-nın səhvən render fotosu sızdırılıb

Büdcəli Google Pixel 4a smartfonu barəsində artıq hər şey məlumdur. Lakin buna baxmayaraq Google şir..


iPhone 12 modelləri hansı həcmli batareyalara sahib olacaqlar?

Bu il təqdim olunacaq yeni iPhone modellərinin vacib özəllikləri barəsində məlumat sızıntılarına bat..


Galaxy Z Fold 2-nin (Galaxy Fold 2) təqdimatı gecikə bilər: Səbəb nədir?

Samsung şirkəti Galaxy Note 20 seriyasının təqdim olunacağı Galaxy Unpacked 2020 tədbirinin keçirilm..


Samsung-dan qəribə addım: Galaxy Note 20 başı bəlalı Exynos 990 ilə gələcək..

Son çıxan məlumatlara görə Samsung şirkəti Galaxy Note 20 modelində Exynos 992 əvəzinə Exynos 990-ı ..


iPhone 12 hansı qiymətə satılacaq?

Analitikin sözlərinə əsasən iPhone 12 qutusunda az sayda aksessuarın olması smartfonun qiymətinin aş..


Samsung şirkəti də öz smartfonlarının qutularını bu aksessuardan məhrum etməyi p..

Məlumatda qeyd edilib ki, Samsung gələn il bu ideyanı bir neçə smartfon modelində test etməyi planla..

×