Logo
    main-post-cover

    Xiaomi şirkəti Mix Alpha tərzində yeni cihazını patentləşdirib

    Cihazlar+
    20.06.2023
    Emil
        2019-cu ildə Xiaomi şirkəti Xiaomi Mix Alpha adlı konseptual smartfonu təqdm etmişdi. Sözügedən konseptual smartfonun əsas fərqləndirici özəlliyi ondan ibarət idi ki, onun ekranı gövdəni tamamilə əhatə edirdi. İndi isə məlum olub ki, Xiaomi bu cür dizayna bənzər xarici görünüşə sahib yeni cihazını patentləşdirib. Yeni cihazın patent sənədlərindəki fotoları hətta internetdə də ortaya çıxıb. Fotolardan da görmək olar ki, cihaz xarici görünüşcə demək olar Mix Alpha-ya bənzəyir. Lakin bununla belə yeni cihazın dizaynı daha orijinal alınıb.
        Mix Alpha ilə müqayisədə yeni cihazda ön kamera ekranın alt hissəsinə yerləşdirilib. Bununla yanaşı gövdənin elastiki ekran ilə əhatə olunmamış hissəsi arxa panelin düz ortasında yerləşdirilib və daha geniş olub. Arxa kameralara gəldikdə isə onlar ya birbaşa ekrana inteqrasiya edilib ya da ekranın alt hissəsinə yerləşdirilib. Patentdəki cihazın alt hissəsində USB Type-C girişini, SIM kart girişini və səsgücləndiricilər üçün nəzərdə tutulmuş yuvanı görmək olar. Şirkətin nəticədə bu cür cihazı satışa çıxarıb-çıxarmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər