Xiaomi şirkəti orta səviyyəli Mi 10i smartfon modelini təqdim edib - QİYMƏTİ

Xiaomi şirkəti orta səviyyəli Mi 10i smartfon modelini təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
06.01.2021 PAYLAŞIM

    Xiaomi şirkəti Mi 10 flaqman smartfon seriyasını daha bir model ilə genişləndirib. Söhbət, Mi 10i smartfon modelindən gedir. Sözügedən smartfon Snapdragon 700 seriyasına aid prosessor, təkmilləşdirilmiş kameralar və yüksək həcmli batareya əldə edib. Beləliklə Mi 10i smartfonu 2400x1080 piksel keyfiyyətli 6.67 düym OLED ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfonun ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir.


    Əsas texniki göstəricilərə gəldikdə isə Mi 10i modeli 5G dəstəkli 8 nüvəli Snapdragon 750G prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 108 MP (Samsung ISOCELL HM2 sensoru) + 8 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (makroobyektiv) + 2 MP (ToF sensor) dördlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4820 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən Mi 10i modeli saniyədə 30 kadr sürətlə 4K keyfiyyətli videolar çəkə bilir. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib. Bütün bunlardan əlavə olaraq Mi 10i kontaktsız ödənişlər üçün NFC modul ilə də təchiz olunub. Smartfonun satışlarına 8 yanvar tarixində start veriləcək. Onun qiyməti isə aşağıdakı kimi olacaq:

- 6 GB RAM + 64 GB daxili yaddaş - 286$

- 6 GB RAM + 128 GB daxili yaddaş - 300$

- 8 GB RAM + 128 GB daxili yaddaş - 327$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...


Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib

Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib. Patent sənədinə əsasən cihazın ekranı xa..


Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər ver..

Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhu..

×