main-post-cover

    Xiaomi şirkətinin yeni qatlana bilən smartfonu barəsində məlumatlar verilib

    Cihazlar+
    18.01.2022
    Emil Nəcəfov
        Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi şirkətinin yeni qatlana bilən smartfonu barəsində məlumatlar verib. İnsayder smartfonun əsas texniki özəllikləri ilə yanaşı həmçinin onun hansı dizayna sahib olacağını da qeyd edib. Beləliklə insayderin verdiyi məlumatlara əsasən güman olunan adı Xiaomi Mix Flip olacaq smartfon Galaxy Z Flip tərzində olacaq. Bununla yanaşı smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli OLED ekran ilə təchiz olunacaq.
        İnsayder bildirib ki, Xiaomi Mix Flip smartfonu Snapdragon 8 Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas kameranı birləşdirəcək. Məlumatda qeyd edilib ki, şirkət qatlana bilən smartfonun qiymətini adi flaqman smartfon qiyməti səviyyəsində saxlamağa çalışacaq. Dəqiq qiymət barəsində məlumat verilməsə də çox güman ki, söhbət, 1000$-lıq qiymət göstəricisindən gedir. Smartfonun digər texniki özəllikləri barəsində məlumat yoxdur. Bəzi məlumatlara əsasən Xiaomi yeni qatlana bilən smartfon modelinin təqdimatını mart ayının sonunda keçirdə bilər.
    Linki kopyala