
Xiaomi Smart Band 10 ağıllı qolbağı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
30.06.2025
Emil
Xiaomi şirkəti Çində Smart Band 10 ağıllı qolbağını təqdim edib. Yeni qolbaq xarici görünüşcə Xiaomi Smart Band 9-dan heç fərqlənmir. Yeni ağıllı qolbaq tanınan oval formalı gövdə dizaynını əldə edib. Beləliklə Xiaomi Smart Band 10 qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 1.72 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1500 nit təşkil edir. Bu isə hətta günəşli mühitdə belə ekrandakı məlumatları rahatlıqla oxumağa imkan verir. Həmçinin ekran Always-on-Display (AoD) funksiyasını dəstəkləyir. Bu yeni ağıllı qolbağın gövdəsi 5ATM standartı üzrə sudan qorunur.

Bu isə o deməkdir ki, onu rahatlıqla hovuzda və ya duş qəbul edərkən istifadə etmək olar. Xiaomi bildirib ki, Smart Band 10 ürək döyüntüləri ritmini və qandakı oksigen miqdarını ölçməklə yanaşı yuxu keyfiyyətini və stress səviyyəsini monitorinq edə bilir. Bundan əlavə olaraq cihaz 150-dən çox idman rejimini dəstəkləyir. Ağıllı qolbaq bir dəfə şarj olunandan sonra AoD funksiyasının deaktiv olduğu halda 21 gün ərzində, AoD funksiyasının aktiv olduğu halda isə 9 gün ərzində çalışa bilir. Xiaomi Smart Band 10-un əməliyyat sistemi qismində HyperOS 2 çıxış edir. Smart qolbaq artıq Çində satışa çıxıb. Adi versiyanın qiyməti 37$, NFC dəstəkli versiyanın qiyməti 44$, keramik gövdəli versiyanın qiyməti isə 52$ təşkil edir.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
