
Xiaomi Smart Band 10-un render fotoları təqdim edilib
Cihazlar+
04.06.2025
Emil
Xiaomi şirkəti hal-hazırda Smart Band 10 adlı yeni ağıllı qolbaq üzərində çalışır. İnsayderlər isə hazırlanan bu yeni ağıllı qolbağın render fotolarını təqdim ediblər. Təqdim olunmuş fotolardan da görmək olar ki, daha əvvəlki modellər ilə müqayisədə Xiaomi Smart Band 10-un xarici görünüşündə elə də ciddi dəyişiklik olmayacaq. İnsayderlər bildiriblər ki, bu yeni ağıllı qolbaq 520x212 piksel keyfiyyətli 1.72 düym ölçülü OLED ekranla təchiz olunacaq. Məlumatda həmçinin qeyd edilib ki, smart qolbaq 233 mAh enerji tutumlu batareyanı əldə edəcək və bunun sayəsində bir dəfə şarj olunandan sonra 21 günə kimi çalışa biləcək. Xiaomi Smart Band 10-un əməliyyat sistemi qismində isə HyperOS 2.0-ın çıxış edəcəyi gözlənilir. Smart qolbağın nə zaman təqdim olunacağı hələ bilinmir.



Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
