Xiaomi Smart band 9 qolbağı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
19.07.2024
Emil Nəcəfov
Xiaomi şirkəti yeni qatlana bilən smartfonları ilə yanaşı Xiaomi Smart Band 9 adlı yeni smart qolbağını təqdim edib. İlk baxışdan bu yeni smart qolbaq daha öncəki Smart Band modelindən fərqlənmir. Lakin bu belə deyil. İlk öncə qeyd etmək lazımdır ki, Xiaomi Smart Band 9-un gövdəsi metal materialdan hazırlanıb. Daha öncəki versiya plastik materialdan idi. Beləliklə Smart Band 9 qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 1.62 düym ölçülü OLED ekranla təchiz olunub. Smart qolbağın gövdəsi 5ATM standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
Xiaomi bildirib ki, Smart Band 9-un ürək döyüntüləri ritminin ölçülməsi sensorunun çalışma dəqiqliyi 16%, yuxu zamanı tənəffüs ilə bağlı problemlərin aşkar edilməsi sensorunun dəqiqliyi isə 7.9% yüksəlib. Smart qolbaq özündə 233 mAh enerji tutumlu batareyanı birləşdirir və üstəlik 150-dən çox idman rejimini dəstəkləyir. Smart qolbaq iki versiyada təqdim edilib. Birinci versiya NFC dəstəyinə sahibdir, ikinci versiyada isə NFC dəstəyi mövcud deyil. Xiaomi Smart Band 9 yaxın günlərdə Çində satışa çıxacaq. NFC dəstəyinə sahib versiya 42$-a, NFC dəstəyinə sahib olmayan versiya isə 35$-a satılacaq. Smart qolbağın qlobal bazarda nə zaman satışa çıxacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Redmi K70 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
Redmi K70 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi Redmi K70 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Redmi K70 Ultra-dan gedir.
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip təqdim edilib - QİYMƏTİ
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip təqdim edilib - QİYMƏTİ
aomi şirkəti qatlana bilən MIX Fold 4 ilə birlikdə ilk qatlana bilən qapaqlı smartfonu MIX Flip-i təqdim edib.
Qatlana bilən Xiaomi MIX Fold 4 təqdim olunub - QİYMƏTİ
Qatlana bilən Xiaomi MIX Fold 4 təqdim olunub - QİYMƏTİ
Xiaomi şirkəti Çində yeni qatlana bilən smartfonu Xiaomi MIX Fold 4-ü təqdim edib. Xiaomi-nin bu yeni qatlana bilən smartfonu digər analoqlar arasında ən nazik gövdəyə sahib qatlana bilən smartfonlardan biri olub.
Bu gün Xiaomi SU7-nin idman versiyası təqdim olunacaq
Bu gün Xiaomi SU7-nin idman versiyası təqdim olunacaq
Xiaomi bu gün öz yeni məhsullarını təqdim edəcək. Təqdim ediləcək məhsullar arasında Xiaomi MIX Fold 4, MIX Flip, Redmi K70 Ultra smartfonları və Smart Band 9 smart qolbağı olacaq.
Xiaomi MIX Flip-in daha öncəki prototipləri sərgilənib
Xiaomi MIX Flip-in daha öncəki prototipləri sərgilənib
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip smartfonunun təqdimatından bir gün qabaq Xiaomi şirkətinin CEO-su Lei Jun sözügedən smartfonun hazırlanması ilə bağlı təfərrüatları və onun bir neçə prototipinin fotolarını təqdim edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!