main-post-cover

    Xiaomi smartfonları Google Pixel modellərinin unikal funksiyalarından birini əldə edəcəklər (VİDE0)

    Cihazlar+
    04.07.2020
    Emil Nəcəfov
        Xiaomi şirkətinin MIUI istifadəçi interfeysi təmiz Android ilə müqayisədə daha çox funksiya və ayarlar seçiminə sahibdir. Lakin buna baxmayaraq Google şirkətinin Pixel smartfonları digər modellərdə olmayan bəzi unikal özəlliklərə də sahibdirlər. Onlardan biri Top Shot funksiyasıdır. Bu funksiya həmişə keyfiyyətli fotoların əldə edilməsi imkanını verir.
        Yeni məlumata əsasən bu funksiyanın analoqu Xiaomi smartfonlarının istifadəçiləri üçün istifadəyə veriləcək. Bu barədə XDA-Developers saytı xəbər verib. Top Shot fuksiyasının məğzi ondan ibarətdir ki, smartfonun kamera tətbiqindəki fotoçəkmə düyməsinə klik edən zaman smartfon kamerası bir yox bir neçə foto çəkir. Daha sonra machine learning texnologiyasının analizi əsasında fotolardan ən yaxşısını seçmək imkanı istifadəçiyə təqdim edilir.
        Bu üsul ilə kadrda səhvən digər bir şəxsin düşməsi və ya kadrda olan hansısa şəxsin ani olaraq gözlərini yumması kimi problemləri unutmaq olar. Bu cür funksiyanın təsviri MIUI 12 istifadəçi interfeysinin Çin bazarı üçün olan beta versiyasının kamera tətbiqindəki kodda aşkar edilib. Top Shot funksiyasının Çin analoqu AI Shot adını əldə edib. Lakin bu funksiya istifadəçilər üçün hələ aktivləşdirilməyib.
    Linki kopyala