
Xiaomi super flaqman smartfon üzərində çalışır
Yenilikçi və innmovasiyalı texnologiyaları birinci təklif edən şirkət olmaq yolunda irəliləməyi hədəfləmiş Xiaomi heç zaman iddialı təcrübələr reallaşdırmaqdan qorxmayıb. 2019-cu ildə təqdim edilmiş Xiaomi Mi Mix Alpha adlı konseptual smartfon da bu iddialı təcrübələrdən biri idi. Belə ki, sözügedən konseptual smartfonun ekranı gövdəni demək olar hərtərəfli şəkildə əhatə edirdi. Lakin istehsalat prosesinin çətinliyi və xərci səbəbilə Mi Mix Alpha elə konseptual smartfon olaraq qaldı. Buna baxmayaraq Xiaomi mühəndisləri təcrübıələr aparmağa davam edirlər.
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu yeni məlumata əsasən şirkət bir neçə müddət bundan öncə təcrübi smartfon prototipi hazırlayıb və o, Mi Mix Alpha konseptinin növbəti inkişaf mərhələsi hesab edilir. Məlumatda qeyd edilib ki, hazırlanmış yeni təcrübi smartfon prototipi heç bir çərçivəyə sahib olmayan və kənarları əyilmiş ekran ilə təchiz olunub. Bununla yanaşı ekran hər 4 tərəfdən dairəvi kənar hissələrə sahib şüşə ilə əhatə edilib. Ön kamera sözügedən prototipdə ekranın alt hissəsinə yerləşdirilib.
Prototipin arxa panelindəki kameraların yerləşdikləri sahə isə elektroxrom şüşə ilə əhatə edilib. Bu cür şüşə elektrik enerjisinin qəbulu zamanı qaralma özəlliyinə sahibdir. Bu üsul ilə şirkət smartfon dizaynının davamlılığına nail olmaq istəyir. İnsayder bildirib ki, prototipdə reallaşdırılmış texnologiyaların bir hissəsini sadələşdirmək və ya ümumiyyıətlə onlardan imtina etmək lazım gələcək. Bu isə öz növbəsində prototipin kommersiya məqsədli versiyasının hazırlanacağına işarə edir. Heç istisna deyil ki, sözügedən prototip Xiaomi Mix 5-in prototipidir.
Paylaş
Bənzər xəbərlər