Xiaomi tələbələr üçün nəzərdə tutulmuş Qin 3 Ultra adlı smartfonunu təqdim edib - QİYMƏTİ

Xiaomi tələbələr üçün nəzərdə tutulmuş Qin 3 Ultra adlı smartfonunu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
14.03.2023 PAYLAŞIM

    Xiaomi şirkəti Çində Qin 3 Ultra adlı yeni smartfonunu təqdim edib. Sözügedən smartfon ölçü baxımından iPhone 5 ilə eynidir. Lakin bununla belə Qin 3 Ultra bir qədər böyük ekrana sahibdir. Xiaomi sözügedən smartfonu tələbələr üçün nəzərdə tutulmuş smartfonlar siyahısına daxil edir. Beləliklə Xiaomi Qin 3 Ultra modeli 1520x720 piksel keyfiyyətli 5 düym IPS ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.


    Ümumi dizayn baxımından smartfon yastı gövdəyə və ekrana sahibdir. Üstəlik smartfonun yandırıb/söndürmə düyməsinə barmaq izi skanı texnologiyası inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə Qin 3 Ultra modeli MediaTek Helio G99 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 8 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 2500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 12 vasitəsilə çalışır. Xiaomi Qin 3 Ultra modeli Çin bazarında 230$ qiymətində satışa çıxıb. Onun qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×