
Xiaomi təmiz Android vasitəsilə çalışacaq yeni smartfon subbrendi hazırlayır
Cihazlar+
25.08.2022
Emil
Xiaomi şirkəti Android One proqramında iştirakdan imtina edəndən sonra o, təmiz Android vasitəsilə çalışan heç bir smartfon modeli təqdim etmədi. Lakin görünür, şirkət smartfonların sistemləri ilə yaxından maraqlanan şəxsləri unutmayıb. Belə ki, verilmiş məlumata əsasən şirkət bu cür şəxslər üçün yeni smartfon subbrendi üzərində çalışır. İnsayderlər bildiriblər ki, Xiaomi-nin yeni subbrendinə MIUI istifadəçi interfeysinə sahib olmayan təmiz Android əməliyyat sistemli bir neçə smartfon və planşet modeli daxil olacaq. Bundan əlavə olaraq həmin cihazlarda həmçinin Xiaomi-nin standart tətbiqləri də olmayacaq.
Güman olunur ki, ilkin mərhələdə yeni subbrendin portfoliosuna 190-310$ qiymət diapazonunda büdcəli və bir qədər təkmilləşdirilmiş cihazalar daxil olacaq. Mövcud olan məlumatlara əsasən yeni subbrendin büdcəli cihazları Snapdragon 765, daha təkmilləşdirilmiş cihazları isə Snapdragon 778 prosessoru ilə təchiz olunacaqlar. Gözləntilərə əsasən Xiaomi sözügedən cihazlar üçün 3 Android yenilənməsini təqdim edəcək. Cihazlar üçün təhlükəsizlik yenilənmələrinin isə 4 il ərzində təqdim edilməsi güman edilir. Şirkətin yeni subbrendinin adı və həmin subbrendin ilk cihazlarının nə zaman təqdim olunacaqları barəsində heç bir məlumat yoxdur. Xiaomi öz növbəsində bu xəbərə heç bir fikir bildirməyib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
