
Xiaomi Watch 2-nin Avropadakı satış qiymətləri məlum olub
Cihazlar+
13.02.2024
Emil
Xiaomi şirkəti bu ayın sonunda baş tutacaq MWC 2024 sərgisi çərçivəsində Xiaomi Watch 2 smart saatını təqdim etməlidir. İndi isə bu smart saatın hansı qiymətə satılacağı məlum olub. Beləliklə məlumata əsasən Xiaomi Watch 2 smart saatı Belçikada 200 avroya, Slovakiyada isə 250 avroya satılacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi Watch 2 Pro modeli satışa çıxan zaman onun Bluetooth-a sahib versiyası 270 avroya, LTE-yə sahib versiyası isə 330 avroya satılırdı. Qeyd etmək lazımdır ki, Xiaomi Watch 2 smart saatı 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekranla təchiz olunmalı və Snapdragon Wear W5+ Gen 1 prosessoru vasitəsilə çalışmalıdır.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
