main-post-cover

    Xiaomi Watch 2 smart saatı təqdimata hazırlaşır

    Cihazlar+
    12.02.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti keçən ilin sentyabr ayında Avropa bazarında Watch 2 Pro smart saatını təqdim etmişdi. İndi isə şirkət onun adi versiyasının təqdimatına hazırlaşır. Söhbət, Xiaomi Watch 2-dən gedir. Məlumata əsasən Xiaomi Watch 2 smart saatı 46 mm ölçülü gövdəyə sahib olacaq və 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekranla təchiz olunacaq. Ekran üstəlik Always-on-Display funksiyasını dəstəkləyəcək.
         Məlumatda qeyd edilib ki, şirkətin bu yeni smart saatı Snapdragon Wear W5+ Gen 1 prosessoru vasitəsilə çalışmalı və WearOS əməliyyat sistemini əldə etməlidir. Xiaomi Watch 2-nin gövdəsinin sudan və tozdan qorunacağı gözlənilir. Smart saat istifadəçi səhhətinin müəyyən göstəricilərini ölçə biləcək və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə sahib olacaq. Smart saatda LTE dəstəyinin olacağı gözlənilmir. Çox güman ki, Xiaomi Watch 2 bu ayın sonunda keçiriləcək MWC 2024 sərgisində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14-ün qlobal versiyası hansı qiymətə satılacaq?
    xiaomi-14-un-qlobal-versiyasi-hansi-qiymete-satilacaq
    Xiaomi 14 Ultra-nın satış qiyməti açıqlanıb
    xiaomi-14-ultra-nin-satis-qiymeti-aciqlanib
    Xiaomi Pad 6s Pro planşetinin fotosu ortaya çıxıb
    xiaomi-pad-6s-pro-plansetinin-fotosu-ortaya-cixib
    Xiaomi Civi 4-ün nə zaman satışa çıxacağı açıqlanıb
    xiaomi-civi-4-un-ne-zaman-satisa-cixacagi-aciqlanib
    Bu ayın sonunda təqdimatı gözlənilən Xiaomi 14 Ultra-nın texniki imkanları açıqlanıb
    bu-ayin-sonunda-teqdimati-gozlenilen-xiaomi-14-ultra-nin-texniki-imkanlari-aciqlanib