Logo
    main-post-cover

    Xiaomi yeni növ qatlana bilən smartfonu patentləşdirib

    Cihazlar+
    10.04.2023
    Emil
        İnternetə Xiaomi şirkətinin yeni patent sorğusu sızdırılıb. Sızdırılmış patent sorğusunda şirkətin qeyri-adi form-faktora sahib yeni qatlana bilən smartfonu təsvir edilib. Patent sorğusuna əsasən yeni qatlana bilən smartfon ənənəvi qapaqlı smartfonu xatırladır. Lakin qatlana bilən smartfonun fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun gövdəsinin yalnız müəyyən hissəsi qatlanır və qatlanma prosesi xarici istiqamətə reallaşır. Gözləntilərə əsasən bu cür konstruksiya smartfona 3 faydalı özəllik qazandıracaq.
        Patent sorğusunda olan məlumata əsasən sözügedən smartfonun ekranının 1/3 hissəsi xarici istiqamətə qatlana bilər. Bununla belə ekrana yerləşdirilmiş kamera bu halda xarici istiqamətə qatlanmış hissədə qalır. Beləliklə bu cür qatlanan konstruksiyaya sahib smartfonda ön kamera həm də arxa kamera rolunda çıxış edə bilər. Tam açıq vəziyyətdə smartfon arxa kameralarsız yastı gövdəyə sahib olacaq. Qatlanmış vəziyyətdə isə smartfon kompakt ölçüyə sahib olacaq. Xiaomi-nin yaxın zamanda bu cür smartfonu təqdim edib-etməyəcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər