Xiaomi yenilənmiş Black Shark 3S gamer smartfonunu təqdim edib - QİYMƏTİ

Xiaomi yenilənmiş Black Shark 3S gamer smartfonunu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
01.08.2020 PAYLAŞIM

    Xiaomi şirkəti yeni Black Shark 3S gamer smartfonunu təqdim edib. Bu, adi Black Shark 3 modelinin təkmilləşdirilmiş versiyasıdır. Lakin iki smartfon arasındakı fərq o qədər də çox deyil. Gözləntilərə baxmayaraq Black Shark 3S modeli yeni Snapdragon 865 Plus prosessorunu əldə etməyib. Lakin yeni model adi Black Shark 3 modelindən fərqli olaraq UFS 3.0 əvəzinə UFS 3.1 standartlı daxili yaddaş ilə təchiz olunub. Əsas dəyişiklik ekranda edilib. Texniki olaraq Black Shark 3S modeli adi Black Shark 3 kimi Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekrana sahibdir.


    Lakin yeni modelin ekranı 90 Hz-lik deyil 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Bununla yanaşı ekranın toxunuşa reaksiya müddəti 24 millisaniyədən 17 millisaniyəyə endirilib. Smartfonun ekranıı həmçinin HDR10+ dəstəyinə və barmaq izi skanı texnologiyasına da sahibdir. Texniki özəlliklərə gəldikdə isə Black Shark 3S modeli Snapdragon 865 prosessoru, Adreno 650 qrafik çipi, 12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 64 MP + 13 MP + 5 MP üçlü arxa kamera, 20 MP-lik ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4720 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    USB Type-C girişi vasitəsilə şarj olunan smartfon bu cür sürətli şarj texnologiyası sayəsində 100% enerjini 38 dəqiqəyə yığır. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Black Shark 3S modeli 4 avqust tarixində satışa çıxacaq. 128 GB yaddaşa sahib versiya 574$-a, 256 GB yaddaşa sahib versiya 617$-a, 512 GB yaddaşa sahib versiya isə 688$-a satılacaq.



DAHA ÇOX


Gələn ilki Samsung Galaxy S24 Ultra-nın kameraları ilə bağlı məlumat verilib..

Samsung gələn ilin əvvəlində ənənəyə sadiq qalaraq Galaxy S seriyasının yeni smartfonlarını təqdim e..


Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra təqdim edilib - QİYMƏTİ

Motorola şirkəti Motorola RAZR 40 ilə yanaşı onun daha flaqman versiyası olan Motorola RAZR 40 Ultra..


Qatlana bilən qapaqlı Motorola RAZR 40 təqdim edilib - QİYMƏTİ

Motorola şirkəti qatlana bilən qapaqlı yeni Motorola RAZR 40 smartfonunu təqdim edib.


Google Pixel 8 barəsində məlumat verilib

Artıq məlumdur ki, Google şirkəti bu ilin payız fəslində təqdim olunacaq Pixel 8 və Pixel 8 Pro smar..


Samsung Galaxy S23 Ultra-nın maya dəyərinin nə qədər təşkil etdiyi məlum olub..

Samsung bu ilin əvvəlində Galaxy S23 smartfon seriyasını təqdim etmişdi.


Nothing Phone (2) barəsində yeni rəsmi məlumatlar təqdim edilib

Nothing şirkəti öz yeni smartfonu olacaq Nothing Phone (2) barəsində məlumatları təqdim etməyə davam..

×