Yaxın 5 ildə ekranları avtomatik bərpa olunan smartfonlar satışa çıxacaqlar
Cihazlar+
13.10.2023
Emil Nəcəfov
CCS Insight şirkətinin analitiklərinin proqnozlarına əsasən 2028-ci ilə qədər bazarda ekranları avtomatik şəkildə bərpa olunan smartfonlar satışa çıxacaqlar. Hələ 2013-cü ildə LG şirkəti G Flex adlı smartfon çərçivəsində cihazın arxa panelinin bərpa olunması texnologiyasını reklam edirdi. Lakin həmin texnologiyanın hansı prinsip üzrə çalışdığı sirr olaraq qaldı. Analitiklərin fikirlərinə əsasən yaxın 5 ildə bu cür texnologiya trendə çevriləcək. Bunun üçün istehsalçılar öz smartfonlarının ekranlarında xüsusi nano örtüklərdən istifadə edə bilərlər.
Həmin nano örtüklər isə ətraf mühit ilə qarşılıqlı əlaqə zamanı bərpa olunma özəlliyinə sahib olacaqlar. Lakin söhbət, ciddi zədələnməyə məruz qalmış ekranın bərpa olunmasından getmir. Söhbət, kiçik kosmetik özəlliklərin bərpa olunmalarından gedir. Qeyd etmək lazımdır ki, bəzi şirkətlər artıq bu istiqamətdə olan texnologiyaların patentlərinə sahibdirlər. Məsələn 2017-ci ildə Motorola şirkəti forma yaddaşına sahib polimerdən hazırlanmış ekran patentini əldə etmişdi. Patentə əsasən cızıqlara sahib bu cür ekran özünü bərpa etmək xüsusiyyətinə sahibdir. Lakin buna baxmayaraq bu istiqamətdə hələ hazır məhsullar yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Watch Series 1 smart saatının dəstəyi tamamilə dayandırılıb
Apple Watch Series 1 smart saatının dəstəyi tamamilə dayandırılıb
Apple şirkəti çoxdan satışa çıxmış cihazlarını zaman-zaman artıq köhnəlmiş cihazlar siyahısına daxil edir.
OnePlus 12-nin ekran özəllikləri təqdim edilib
OnePlus 12-nin ekran özəllikləri təqdim edilib
Digital Chat Station ləqəbli məşhur insayder OnePlus 12 flaqman smartfonu barəsində məlumatları təqdim etməyə davam edir.
Qatlana bilən OnePlus Open-in təqdimatı anons edilib
Qatlana bilən OnePlus Open-in təqdimatı anons edilib
OnePlus şirkəti yarım il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra öz ilk qatlana bilən smartfonunun təqdimatını anons edib.
Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimatı anons edilib
Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimatı anons edilib
OPPO şirkəti Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında yeni qatlana bilən smartfonun təqdimatını anons edən posteri təqdim edib.
Xiaomi 14 Pro-nun keyfiyyətli render fotoları təqdim edilib
Xiaomi 14 Pro-nun keyfiyyətli render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder 91mobiles saytı ilə birlikdə Xiaomi 14 Pro flaqman smartfonunun keyfiyyətli render fotolarını təqdim edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!