
Yaxın gələcəkdə iPhone 10 qat optik zoom özəlliyini əldə edə bilər
Cihazlar+
15.12.2023
Emil
iPhone 15 Pro Max smartfonu iPhone modelləri arasında 5 qat optik zoom-a sahib telekameranı əldə etmiş ilk model oldu. Lakin Apple yaxın gələcəkdə 10 qat optik zoom-a keçid edə bilər. iPhone 15 Pro Max üçün 5 qat optik zoom-lu kameranın istehsalı ilə LG Innotek şirkəti məşğul olur. Verilmiş məlumata əsasən Apple bu mövzuda LG Innotek-i ICT adlı şirkət ilə əvəz etməyi planlaşdırır. Bunun nəticəsində gələcək iPhone modellərindən biri 10 qat optik zoom-a sahib telekameranı əldə edə bilər. Bunun nə zaman baş verəcəyi bilinmir. Lakin gələn ilki iPhone 16 modellərindən birində bu cür kameranı gözləmək lazım deyil. Məlumata əsasən gələn il 5 qat optik zoom-a sahib telekamera təkcə iPhone 16 Pro Max-da deyil, iPhone 16 Pro-da da reallaşdırılacaq
Paylaş
Bənzər xəbərlər

Startup və Biznes
1 ildən sonra Apple şirkətinin bazar dəyəri 4 trilyon dollara yüksələ bilər
İctimai şirkətlər arasında bazar dəyəri 1 trilyon dollara çatmış ilk şirkət Apple şirkəti oldu.

Proqram Təminatı
Apple iPhone-lardakı NFC texnologiyasını kənar ödəniş sistemləri üçün açmağa hazırdır
Apple Pay 2015-ci ildə istifadəyə verilib və iPhone smartfonlarında NFC tenxologiyasından yalnız bu tətbiq istifadə edə bilər.

Cihazlar+
iPhone 16-nın prototiplərinin fotoları təqdim edilib
Macrumors saytı öz mənbələrinə istinadən iPhone 16 smartfonunun 3 prototipinin fotolarını təqdim edib.

Cihazlar+
iPhone 16 və Galaxy S24 smartfonlarının RAM yaddaşlarında artım olmayacaq
Süni zəka funksiyalarına tələbatın artması ilə smartfonlarda da RAM yaddaşının artma prosesi gedir.

Cihazlar+
Apple aksesuarlar;nda Lightning girişi USB-C ilə nə zaman əvəzlənəcək
Apple şirkəti öz məhsullarında Lightning girişindən imtina edərək onu USB-C ilə əvəz edir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
