main-post-cover

    Yaxın gələcəkdə təqdim ediləcək yeni iPhone SE smartfonları barəsində məlumatlar verilib

    Cihazlar+
    18.01.2022
    Farid Pardashunas
        Nüfuzlu analitik Ross Young iPhone SE smartfon seriyasının növbəti modelləri ilə bağlı yeni hesabatını təqdim edib. Onun sözlərinə əsasən Apple şirkəti yaxın gələcəkdə sözügedən smartfon seriyasının konsepsiyasını dəyişəcək. Belə ki, iPhone SE seriyasına daxil olacaq növbəti smartfonlardan biri bu seriyada ən böyük ölçülü ekran ilə təchiz olunacaq. Bu il təqdim ediləcək iPhone SE modeli isə flaqman iPhone modellərinin özəlliklərindən birini əldə edəcək. Analitikin verdiyi məlumata əsasən bu il şirkət iPhone SE+ 5G adlı smartfon modelini təqdim edəcək. O, 4.7 düym ekrana sahib olacaq və 5G şəbəkə dəstəyini əldə edəcək.
        Əvvəlki məlumat sızıntılarına əsasən bu ilki iPhone SE modeli Apple A15 Bionic prosessoru ilə təchiz oluna bilər. Lakin smartfonun dəqiq texniki özəllikləri barəsində hələ heç bir məlumat yoxdur. Analitik bildirib ki, Apple gələn il iPhone SE 3 adlı smartfonu təqdim edəcək. O, qeyd edib ki, gələn ilki iPhone SE 3 modeli 5.7 düym ekran ilə təchiz olunacaq. Twitter-də istifadəçilərin suallarına cavab verən zaman analitik əlavə edib ki, Apple gələn ilki iPhone SE modelini bir şərtlə OLED ekranla təchiz edə bilər. Belə ki, həmin vaxta kimi OLED ekranların qiymətləri aşağı düşməlidir. Bundan əlavə olaraq şirkətin iPhone SE 3-ün təqdimatını 2024-cü ilə kimi təxirə salacağı da istisna edilmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər