
Yaxın gələcəkdə yeni AirPods Max-ı gözləmək lazım deyil
Cihazlar+
27.11.2024
Emil
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti sentyabr ayında AirPods Max naqilsiz qulaqlığının USB-C girişinə sahib versiyasını satışa çıxarandan sonra qulaqlıq üçün ciddi bir yenilik düşünmür. Bu isə o deməkdir ki, növbəti AirPods Max modelini yaxın gələcəkdə gözləmək lazım deyil. Qeyd etmək lazımdır ki, AirPods Max-ın ilk versiyası 2020-ci ildə satışa çıxmışdı. Şirkət bu 4 il ərzində AirPods Max-ın davamçısını təqdim etmədi.
Bu ilin sentyabr ayında şirkət sadəcə olaraq onun USB-C girişinə sahib versiyasını təqdim etdi. Bu versiya ilk versiyadan sadəcə USB-C ilə fərqlənir. Mark Gurman bildirib ki, AirPods Max-ın olduqca yüksıək satış qiymətinə sahib olmasına baxmayaraq onun öz istifadəçi kütləsi var. Lakin sözügedən naqilsiz qulaqlığın istifadəçi kütləsi o qədər azdır ki, qulaqlığın növbəti versiyasının hazırlanmasına vəsaitin xərclənməsi sadəcə olaraq Apple şirkətinə sərf etmir. AirPods Max 2-nin bu illər ərzində təqdim olunmamasının səbəbi məhz bundadır. Gözləntilərə əsasən şirkət yaxın illərdə yeni AirPods Max təqdim etməyi planlaşdırmır.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
