
Yaxın zamanda NVIDIA GeForce GTX 16 videokart seriyasının istehsalı dayandırılacaq
Çinli insayderlər xəbər veriblər ki, NVIDIA şirkəti özünün GeForce GTX 16 videokart seriyasını bağlayır. Belə ki, sözügedən seriyaya daxil olan videokartlar ray tracing və DLSS texnologiyalarını dəstəkləmirlər. Məlumatda qeyd edilib ki, NVIDIA bu seriyanın videokartlarının istehsalını bu ilin birinci rübündə yekunlaşdıracaq. Nəticədə GTX 1660S, 1660, 1650 və 1630 videokartları artıq istehsal olunmayacaqlar. Sözügedən videokartlar onların müəyyən sayda ehtiyatlarının satılıb bitənə kimi satışda qalacaqlar. Nəticədə NVIDIA-nın giriş seqmenti kimi RTX 2050 və RTX 3050 videokartları çıxış edəcəklər.

Paylaş