Logo
    main-post-cover

    Yaxın zamanda təqdim olunacaq Samsung Galaxy S24 FE-nin tenxiki imkanları detallı şəkildə açıqlanıb

    Cihazlar+
    03.09.2024
    Emil
         Samsung şirkətinin yaxın zamanda Galaxy S24 FE smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə insayderlər bu yeni smartfonun əsas texniki imkanlarını bölüşüblər. Beləliklə insayderlərin sözlərinə əsasən Galaxy S24 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Dynamic AMOLED ekranla təchiz olunacaq. Smartfon Exynos 2400e prosessoru vasitəsilə çalışacaq və 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edəcək.
         Kameralar mövzusunda smartfon 50 MP + 12 MP + 8 MP üçlü arxa kameraya və 10 MP-lik ön kameraya sahib olacaq. Batareyaya gəldikdə isə Galaxy S24 FE 25 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumatda həmçinin qeyd edilib ki, Galaxy S24 FE-nin gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq və qutudan Android 14-ü əldə edəcək.
    Paylaş