
Yaxın zamanda təqdimat?: Nintendo Switch 2-nin istehsalı sürətləndirilib
Cihazlar+
17.09.2024
Emil
İnsayderlər əmindirlər ki, Nintendo şirkəti yeni portativ oyun konsolunu (şərti adı Nintendo Switch 2) bu ilin sonuna kimi təqdim edəcək. İndi isə bu fikri təsdiqləyən məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən Nintendo öz yeni portativ oyun konsolunun istehsalını sürətləndirib. Məlumatda qeyd edilib ki, şirkət bir neçə müddət bundan öncə olmuş PlayStation 5 Pro təqdimatı səbəbilə Nintendo Switch 2-nin təqdimatını bir qədər təxirə salıb.
Məlumata əsasən yeni oyun konsolu Nintendo Switch-dən bir qədər böyük ölçüdə olacaq və o özündə böyük həcmli batareyanı birləşdirəcək. Bununla yanaşı məlumatda süni zəka imkanı barəsində də məlumat əks olunub. Çox güman ki, söhbət, NVIDIA şirkətinin DLSS texnologiyasının analoqundan gedir. Çindəki zavodlardan birində çalkışan işçilərdən birinin sözlərinə əsasən Nintendo-nun yeni portativ oyun konsolunun gövdəsi üzərində 2 rəqəmi var. Bu isə konsolun Nintendo Switch 2 adını əldə edəcəyini təsdiqləyir.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
