main-post-cover

    Yaxın zamanda təqdimatı gözlənilən Pixel Buds Pro 2 naqilsiz qulaqlığının xarici görünüşü sərgilənib

    Cihazlar+
    25.07.2024
    Emil Nəcəfov
         Google şirkətinin hələ təqdim etmədiyi Pixel Buds Pro 2 naqilsiz qulaqlığının fotoları təqdim edilib. Fotolar aksesuar istehsalçısı Spigen tərəfindən təqdim edilib. Fotolara əsasən Pixel Buds Pro 2 xarici görünüşcə birinci nəsil Pixel Buds Pro-ya bənzəyəcək. Bununla belə bəzi dəyişikliklər olacaq. Məsələn birinci nəsil Pixel Buds Pro ilə müqayisədə yeni qulaqlıqların yuxarı hissələri daha qabarıq olacaqlar. Bununla belə qulaqlıqların bütün elementləri bir rəngə sahib olacaqlar.
         Fotolardan da görmək olar ki, Pixel Buds Pro 2 oval formalı şarj keysini əldə edəcək və şarj keysinin alt hissəsində USB-C girişi yerləşəcək. Lakin USB-C girişinin yanında hansı məqsəd üçün olduğu hələ bilinməyən daha bir giriş hissə var. Bəzi məlumatlara əsasən həmin giriş hissədə Find My Device funksiyası üçün nəzərdə tutulmuş səsgücləndirici yerləşə bilər. Qeyd etmək lazımdır ki, Google şirkətinin növbəti təqdimat tədbiri 13 avqust tarixində baş tutacaq. Şirkət həmin tədbirdə yeni Pixel 9 smartfonlarını təqdim edəcək. Pixel Buds Pro 2 naqilsiz qulaqlığının da həmin tədbirdə təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google bir foto əsasında video tərtib edə bilən süni zəka modelini sərgiləyib
    google-bir-foto-esasinda-video-tertib-ede-bilen-suni-zeka-modelini-sergileyib
    Google Gemini çat-botuna sahib smart eynək hazırlamaq niyyətindədir
    google-gemini-cat-botuna-sahib-smart-eynek-hazirlamaq-niyyetindedir
    Keyfiyyətsiz tətbiqlər Google Play Store-dan silinəcək
    keyfiyyetsiz-tetbiqler-google-play-store-dan-silinecek
    Qatlana bilən Pixel 9 Pro Fold-un təqdimatı təsdiqlənib
    qatlana-bilen-pixel-9-pro-fold-un-teqdimati-tesdiqlenib
    Qatlana bilən Google Pixel 9 Pro Fold-un real fotoları ortaya çıxıb
    qatlana-bilen-google-pixel-9-pro-fold-un-real-fotolari-ortaya-cixib