Logo
    main-post-cover

    Təqdimatas hazırlaşan qatlana bilən Huawei Mate X6 smartfonunu xarici görünüşü sərgilənib

    Cihazlar+
    20.11.2024
    Emil
         Huawei şirkəti 26 noyabr tarixində Mate 70 smartfonları ilə yanaşı üstəlik yeni qatlana bilən smartfonunu da təqdim edəcək. Söhbət, Huawei Mate X6-dan gedir. Təqdimata az müddət qalmış şirkət bu yeni qatlana bilən smartfonunun xarici görünüşünü rəsmi poster vasitəsilə sərgiləyib. Şirkət tərəfindən təqdim edilmiş posterdə Huawei Mate X6-nın yalnız arxa paneli əks olunub. Posterdən də görmək olar ki, smartfonun arxa panelində dairəvi kamera sahəsi yerləşib. Bu baxımdan smartfon bir qədər qatlana bilən Honor Magic V3 smartfonunu xatırladır. Onu da qeyd etmək lazımdır ki, Mate X6-nın kamera sahəsinin daxilində 4 ədəd kamera mövcuddur. Posterə əsasən smartfonun qırmızı rəngli versiyası özündə süni dəri ilə örtülmüş arxa paneli birləşdirəcək.
    Paylaş