main-post-cover

    Yeni Apple Mac mini daha kompakt ölçüyə sahib olacaq

    Cihazlar+
    09.08.2024
    Emil Nəcəfov
         Heç şübhəsiz Apple şirkəti hal-hazırda yeni Mac mini kompüteri üzərində çalışır. İnsayderlərin vermiş olduqları məlumata əsasən yeni Mac mini Apple tarixinin ən kompakt ölçüyə sahib kompüteri olacaq və Mac mini tarixində uzun illərdən sonra ilk dəfə fərqli xarici görünüşə sahib olacaq. İnsayderlər bildiriblər ki, M4 prosessoru vasitəsilə çalışacaq yeni Mac mini-nin ölçüsü Apple TV cihazının ölçüsü qədər olacaq. O sadəcə aktiv soyutma sistemi səbəbilə Apple TV-dən bir qədər hündür ola bilər.
          Bununla yanaşı yaxşı dözümlülük üçün kompüterin gövdəsi alüminiumdan hazırlanacaq. Məlumatda Apple şirkətinin yeni Mac mini-nin ölçüsünü nəyin hesabına kiçildə biləcəyi qeyd edilməyib. Bəzi məlumatlara əsasən şirkət yeni Mac mini-də Ethernet girişini Thunderbolt ilə əvəz edə bilər. Bloomberg saytının məşhur insayderi Mark Gurman hələ bir neçə müddət bundan öncə məlumat vermişdi ki, Apple nazik gövdəyə sahib yeni istehlakçı cihazlarını hazırlamaq strategiyasına keçid edib. Şirkətin ilk belə cihazı may ayında təqdim edilmiş iPad Pro 2024 oldu. Görünür, növbədə yeni Mac mini-dir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Maps Android-ə gəlir
    apple-maps-android-e-gelir
    iPhone 16-nın yeni gövdə rəngləri sərgilənib (VİDEO)
    iphone-16-nin-yeni-govde-rengleri-sergilenib-video
    iPad Air 2 ildən sonra OLED ekrana keçid edə bilər
    ipad-air-2-ilden-sonra-oled-ekrana-kecid-ede-biler
    iPhone 16-lar üçün ekran panellərinin istehsalına start verilib
    iphone-16-lar-ucun-ekran-panellerinin-istehsalina-start-verilib
    Apple Intelligence funksiyalarından istifadə aylıq hansı qiymətə başa gələcək?
    apple-intelligence-funksiyalarindan-istifade-ayliq-hansi-qiymete-basa-gelecek